Ağıllı ev sistemləri


"Ağıllı Ev” sistemləri, ev və ofislərin avtomatlaşdırılması, istehlakçıların maksimum komfortla təmin olunması və kommunal xərclərin minimuma endirilməsi məqsədilə yaradılmışdır. Bura işıqlandırma və səs sisteminə nəzarət, istilik və havalandırma, eləcə də məişət texnikaları, pərdə və pəncərələrin idarə olunması, darvaza və qaraj qapıları kilidlərinin kontrolu, həmçinin enerjidən səmərəli istifadə daxildir. Eyni zamanda su daşqını, qaz axını və yanğın təhlükəsizliyi sensorları quraşdırılar və beləliklə sizin təhlükəsizliyiniz tam şəkildə təmin olunur.

“Ağıllı Ev” sistemlərindən istifadə etməklə evinizi və ofisinizi mobil telefon və ya planşet vasitəsilə dünyanın istənilən nöqtəsindən idarə etmək mümkündür. ¬Rahatlığınızı artırmaq üçün müvafiq ssenarilər yaradılır və həmçinin istədiyiniz vaxtda istədiyiniz prosesi başlatmaq mümkün olur.

“Ağıllı Ev”-in ən önəmli cəhətlərindən biri də yaşlılar, əlillər və qayğıya ehtiyacı olan şəxsləri asanlaşdırılmış xidmətlə təmin etməkdir.

Bizim şirkət “Ağıllı Ev” sistemlərini həm təmirsiz, həm də təmirli mənzillərdə quraşdırmaq imkanına sahibdir. Bunun üçün biz dünyada geniş yayılmış KNX və Z-Wave protokolu ilə işləyən sistemlərdən istifadə edirik.

1. KNX protokolu ilə işləyən sistemlərdə öncədən müvafiq kabel montajı tələb olunduğundan bu variant yalnız təmirsiz mənzillərdə həyata keçirilir. Bu sistem vasitəsilə istənilən ssenarini həyata keçirmək mümkündür. Panasonic, Berker, GİRA kimi yüksək keyfiyyətli dünya brendləri istifadə etdiyimiz avadanlıqlar arasındadır.

2. Mənziliniz tam təmirli olsa belə, onu ağıllı ev sisteminə inteqrasiya edə bilərik. Bunun üçün Z-Wave protokolu ilə işləyən sistemlərdən istifadə edilir. Bu protokolla işləyən avadanlıqlar arasında dünyada ən geniş yayılmış Fibaro şirkəti ilə bərabər işləyirik.

bakusmartfuture bakusmartfuture



3. Və nəhayət biz sizə ağıllı ev kontrolu üçün öz şəxsi məhsulumuzu təqdim etməkdən qürur duyuruq. ABŞ-da istehsal olunan bütün daxili prosessorlar və relelər bizim təcrübəli mühəndislərimiz tərəfindən Bakıda montaj olunur. Bu sistem həm yerli, həm də internet vasitəsilə istənilən məsafədən idarə oluna bilir. Lakin bu məhsulun işləməsi üçün öncədən quraşdırılmış kabel montajı tələb olunur. Bizim məhsulumuzun digərlərinə nisbətən müqayisə olunan keyfiyyətə malik olmasına baxmayaraq, qiyməti kifayət qədər aşağıdır, çünki elektron təhcizatı və proqram təminatının hissələri öz mühəndislərimiz tərəfindən tərtib olunur.

bakusmartfuture bakusmartfuture bakusmartfuture

Copyright © 2017 Baku Smart Future. Bütün hüquqlar qorunur