Biz kimik?


Biz 2016-ci ildə Elektrik və Elektronika sahəsinin 4 böyük branşını bir araya gətirmək məqsədilə yaranmış və Baku Smart Future MMC adı altında fəaliyyət göstərən şirkətik. Fəaliyyət sahələrimiz:

Energetika
Ağıllı Ev Sistemləri
İT & Güvənlik Sistemləri
Yüksək Gərginlik Sistemləri


Baku Smart Future Şirkəti yarandığı gündən etibarən kreativ düşüncəli yaradıcı heyəti ilə müştəri etimadını qazanmağa və şirkətçilik prinsiplərinə əsaslanaraq sağlam mühitin formalaşmasına çalışır. Şirkətimizin ən böyük üstünlüyü göstərilən sahələrin hər biri üzrə mütəxəssisləşmiş mühəndislərin bir arada, koordinasiyali və mərkəzləşdirilmiş şəkildə toplanmasıdır. Yəni, müştərilərimiz istər kiçikmiqyaslı, istərsə də böyükmiqyaslı elektrik işləri üçün şirkətimizdən yararlana bilərlər.

Missiyamız innovativ texnologiyadan istifadə edərək keyfiyyətli və eyni zamanda sürətli iş, minimal qiymət və ən önəmlisi müştərilərimizin məmnuniyyətini təmin etməkdir.

Məqsədimiz Elektrik və Elektronika sahəsinin 4 böyük branşını bir araya gətirməklə başlatdığımız bir ilki doğrultmaq və bir Azərbaycan şirkəti olaraq dünya miqyasında öndə gələn şirkətlər sırasında yer almaqdır.

Copyright © 2017 Baku Smart Future. Bütün hüquqlar qorunur