Yüksək gərginlik sistemləri


Şirkətimiz yüksək gərginlik sahəsində də Sizin xidmətinizdədir. Yüksək gərginlik xətlərinin çəkilməsi, yarım stansiyaların quraşdırılması, paylayıcı panellərin yığılması, transformatorların və generatorların sistemə əlavə olunması Sizə xidmət edə biləcəyimiz sahələr sırasındadır.

Ali təhsilli və təcrübəli mühəndislərimiz Sizin üçün ilkin araşdırmalar, mühəndislik və təcili xidmətlər təklif etməkdədir. Dünyaca məşhur DigSilent proqramından istifadə edən mühəndislərimiz yüksək gərginlik xətlərinin texniki cəhətdən ən düzgün şəkildə çəkilməsini təmin edəcəkdir. Əlavə olaraq, ildırımdan mühafizə və müvafiq torpaqlama sistemlərinin təşkili də gördüyümüz işlər sırasındadır.

İstənilən tip transformator və generatorların təmiri və servisi üçün də bizə hər zaman müraciət edə bilərsiniz. Həm yerli, həm də xarici tərəfdaş şirkətlərimizlə birgə Sizə uyğun ən keyfiyyətli həll yolunu tapmağa həmişə hazırıq.

bakusmartfuture bakusmartfuture bakusmartfuture

Copyright © 2016 Baku Smart Future. Bütün hüquqlar qorunur