İT & Güvənlik Sistemləri


Bu sahədə gördüyümüz işlər sırasında binaların interkom sistemlərinin, ev içi və ev çölü kameraların quraşdırılması, binanın yanğından mühafizə sisteminin yığılması, müxtəlif növ sensorların istifadəsi ilə təhlükəsizliyin təminatı, mənzillərdə internet, TV, telefon və səs sistemlərinin təşkili və müxtəlif növ server otaqlarının hazırlanmasını qeyd edə bilərik. Mütəxəssislərimiz sadalanan sahələrdə Sizə hər zaman xidmət etməyə hazırdırlar.

Proqramlaşdırma
Mütəxəssislərimiz mövcud informasiya texnologiyaları infrastrukturunu yoxlamaq, dinamik inkişaf edən biznes tələblərinə uyğun İT-strategiya hazırlamaq, biznes tələbləri və strategiyaları əsasında müvafiq informasiya sistemini seçmək, biznes-prosesləri təsvir etmək və informasiya sistemlərini tətbiq etmək hesabına xərclərin və risklərin azalması fonunda biznesin effektivliyinin keyfiyyətlə artmasına nail olurlar.

bakusmartfuture bakusmartfuture



Kamera Sistemləri
Yüksək keyfiyyətli IP kameraları vasitəsilə obyektlərin təhlükəsizliyini təmin etmək mümkündür. İnkişaf etmiş texnologiya ilə təchiz olunmuş sistemlər sayəsində gecə – gündüz son dərəcə dəqiq bir görüntü əldə edilir. Kamera görüntüləri istənilən zaman smartfon vasitəsilə canlı olaraq izlənilə bilər. Həmçinin bu çəkilişlər müəyyən müddət ərzində yaddaşda saxlanılaraq lazım olduğu zaman görüntülənə bilər. Hərəkətli kameralar həm bölgəsəl, həm də tək bir nöqtəyə fokuslanaraq çəkiliş aparmaq qabiliyyətinə malikdir.

bakusmartfuture bakusmartfuture



Yanğın Alarmı Sistemləri
Son texnologiya ilə hazırlanmış yanğın alarm sistemləri ilə obyektlərin mümkün yanğın təhlükəsinə qarşı qorunmasını təmin etmək mümkündür. Sahədə quraşdırılmış sensorlarla sistem bir mərkəzdən izlənə və zəruri müdaxilənin ardından qısa müddətdə normal vəziyyətinə qaytarıla bilər. Bu sistem digər bütün avadanlıqlar ilə sinxron olaraq çalışır. Alarm siqnalı çalışdığı zaman bölgənin kamerası həmin an yanğın olan bölgədə aktiv müşahidə etmə mərhələsinə keçir, lift və havalandırma sistemlərində avtomatik olaraq müvafiq tədbirlər görülür və yanğın anons sistemi insanları ən yaxın yanğın çıxışına yönləndirir.

bakusmartfuture bakusmartfuture



Səs – Anons Sistəmləri
Daxili və xarici səs sistemlərinin köməyi ilə istənilən səviyyədə səs yayımının və anonsların gerçəkləşdirilməsi təşkil edilir. Bu sistem vasitəsilə həm obyektdə musiqilərin yayımı, həm də fövqəlada hallar zamanı avtomatik anons sisteminə keçməklə insanları təhlükəsiz yerlərə istiqamətləndirmək mümkündür.

bakusmartfuture



Copyright © 2017 Baku Smart Future. Bütün hüquqlar qorunur