Energetika


Yüksək təhsilli və təcrübəli mühəndislərimizlə Sizə energetika sahəsində hər bir işdə xidmət göstərməkdəyik. İstər yüksəkmərtəbəli yaşayış kompleksləri, istirahət mərkəzləri, istərsə də mənzillərdə elektrik layihələrinin AutoCAD proqramı vasitəsilə hazırlanması, yüksək səviyyəli montaj işlərinin görülməsi, elektrik lövhələrinin yığılması və hər növ işıqlandırma sistemlərinin quraşdırılması gördüyümüz işlər sırasındadır. Etibarlı işləmə, minimal xərclər və enerjiyə qənaət prinsiplərini əsas götürən şirkətimiz Sizin proyektlərinizi ən uyğun şəkildə tamamlamağa hər zaman hazırdır.

1. Elektrik layihələrinin hazırlanması
İstənilən obyektin elektrik işlərinin təşkili üçün ilkin tələb - elektrik layihələrinin düzgün şəkildə hazırlanmasıdır. Şirkətimizin layihəçiləri sizi professional şəkildə, İEC (International Electrotechnical Commission) standartlarına uyğun olaraq istər kabelləşmə topologiyasının, istərsə də elektrik lövhələrinin layihələri ilə təmin edəcəkdir.

bakusmartfuture bakusmartfuture



2. Elektrik montaj işləri
Elektrik sisteminin yığılmasında önəmli nöqtələrdən biri kabelləşmə topologiyasının və kabel montajının düzgün yerinə yetirilməsidir. Bunun üçün texniklərimiz proyektə uyğun olaraq ən qısa zamanda və səliqəli şəkildə elektrik tavalarının yığılması, boruların çəkilməsi və kabelləşmənin yerinə yetirilməsinə nəzarət edir.

bakusmartfuture bakusmartfuture



3. Elektrik lövhələrinin yığılması
İstənilən elektrik proseslərində ən əhəmiyyətli nöqtələrdən biri də elektrik lövhələrinin düzgün şəkildə yığılmasıdır. Bütün elektrik sistemlərinin idarəsi elektrik lövhələrində avadanlıqların müvafiq şəkildə quraşdırılması ilə əldə edilir. Mühəndislərimiz istənilən mürəkkəblikdə olan sistemlərin idarəsini həyata keçirməkdədir. Elektrik lövhələrinin düzgün yığılmasının nə qədər vacib olduğunu vurğulayan ən önəmli aspekt isə istehlakçının təhlükəsizliyinin təminatıdır. Təcrübəli mühəndislərimiz düzgün hesablamaların aparılmasına və etibarlı elektrik avadanlıqlarının quraşdırılmasına nəzarət edərək Sizin təhlükəsizliyinizi tam şəkildə təmin edəcəkdir.

bakusmartfuture bakusmartfuture



4. Elektrik avadanlıqlarının quraşdırılması, test işləri və tam təhvil
Yuxarıda sadalanan işlər yekunlaşdıqdan sonra elektrik avadanlıqları müvafiq şəkildə qoşulur, testetmə işləri aparılır və istehlakçının məmnuniyyətinə tam əmin olduqdan sonra işlək şəkildə təhvil verilir.

bakusmartfuture



Copyright © 2017 Baku Smart Future. Bütün hüquqlar qorunur