• + 994 50 402 3540

  • support@bakusmartfuture.com

  • Caspian Sport Plaza
    Bakı şəhəri, Heydər Əliyev pr.187B, AZ1029

İT & Mühafizə Sistemləri


Bu sahədə gördüyümüz işlər sırasında obyektlərin interkom, girişə nəzarət sistemlərinin təşkili, daxili və xarici tip kameraların quraşdırılması, yanğın siqnalizasiya sisteminin yığılması, müxtəlif növ sensorların istifadəsi ilə təhlükəsizliyin təminatı, internet, TV, telefon və səs-anons sistemlərinin təşkili, müxtəlif növ server otaqlarının hazırlanmasını qeyd edə bilərik. Mütəxəssislərimiz sadalanan sahələrdə Sizə hər zaman xidmət etməyə hazırdırlar.

İnterkom, Video Müşahidə, Girişə Nəzarət Sistemləri
Yarandığı gündən bu günə qədər (2016-2019) 1500-dən çox mənzil, 20-dən çox binalarda interkom (domofon) sistemini təşkil etmiş şirkətimiz bu sahədə ölkəmizdə ən öndə gedən şirkətlərdən biridir. Xarici partnyor şirkətlərlə birlikdə Sizə bu sahədə ən uyğun həll yolu tapmağa həmişə hazırıq.

İstər daxili, istərsə də xarici tip kamera sisteminin təşkili üçün də bizə müraciət edə bilərsiz. İnkişaf etmiş texnologiya ilə təchiz olunmuş kameralar vasitəsi ilə gecə saatlarında belə dəqiq bir görüntü əldə edilir. Kamera görüntülərini istənilən zaman smartfon vasitəsi ilə canlı olaraq izləyə biləcəksiz. Həmçinin bu çəkilişlər müəyyən müddət ərzində yaddaşda saxlanılaraq lazım olduğu zaman görüntülənə bilər.

Əlavə olaraq şirkətimiz Girişə Nəzarət (Access Control) sisteminin təşkili sahəsində də fəaliyyət göstərməkdədir. Plastik kart/barmaq izi vasitəsi ilə açılan elektron qapılar və şlaqbaum sistemlərinin quraşdırılması bu sahə üzrə gördüyümüz işlər sırasındadır. Bu sistemlər sayəsində Siz obyektə giriş-çıxış etmiş personalın adlarına və müvafiq saatlarına elektron formada nəzarət etmək imkanı əldə edəcəksiz.

bakusmartfuture bakusmartfuture



İnternet, TV, Telefon Sistemləri
Müasir dövrdə bu sistemlər olmadan yaşaya bilərsizmi? Yəqin ki, xeyr. İstər internet istifadəsi, istərsə də lokal şəbəkə üzərindən məlumatların ötürülməsi istehlakçıların ən önəmli tələblərindən biridir. Yalnız bu sistemlərin kəsintisiz və uzunömürlü fəaliyyət göstərməsi üçün alt infrastukturunun düzgün təşkil olunması vacibdir. Şirkətimiz bu sahədə Sizə tam dəstək olmağa hazırdır. Kabelləşmə topologiyasının və server otaqlarının qüsursuz təşkilini həyata keçirərək Sizin obyektinizi güvənilir sistemlə təchiz edəcəyik.

IP/Analog olaraq bölünən TV, telefon sistemlərinin təşkil olunması da gördüyümüz işlər sırasındadır. Uyğun kabellərin, birləşdirici və bölücü avadanlıqların seçilməsi və düzgün montaj işlərinin tətbiqi nəticəsində, Siz yüksək keyfiyyətli görüntü və kəsintisiz səs ilə təmin olunmuş TV, telefon sistemlərinə sahib olacaqsız.

bakusmartfuture bakusmartfuture



Yanğın Siqnalizasiya Sistemləri
Şirkətimiz son texnologiya ilə hazırlanmış yanğın siqnalizasiya sistemləri vasitəsi ilə obyektlərin mümkün yanğın təhlükəsinə qarşı xəbərvermə və qoruyucu tədbirlərin görülməsi prosesini həyata keçirməkdədir. Yanğın ilkin mərhələdə aşkar edilir, yanğının yaranma vaxtı və məkanı haqqında həyəcan siqnalı mərkəzə ötürülür.

Bu sistem müvafiq avadanlıqlar ilə sinxron olaraq çalışır. Həyəcan siqnalı işə düşən zaman bölgənin kamerası yanğın olan bölgədə aktiv müşahidə etmə mərhələsinə keçir, lift və havalandırma sistemlərində müvafiq tədbirlər görülür, tüstüsovurma sistemləri işə salınır və yanğın anons sistemi insanları ən yaxın yanğın çıxışına yönləndirir.

Əlavə olaraq, server, elektrik və digər yanğına həssas otaqlar üçün istifadə olunan FM200 qazlı söndürmə sistemini də tətbiq etməkdəyik. Peşəkar mühəndislərimiz və partnyor şirkətlərimizlə birlikdə Sizin layihənizi ən optimal şəkildə layihələndirib həyata keçirəcəyimizə əmin ola bilərsiz.

bakusmartfuture bakusmartfuture



Səs – Anons Sistəmləri
İstər şəxsi mənzillərdə, istərsə də restoran, kafe, əyləncə mərkəzi və bu kimi digər obyektinizdə yüksək keyfiyyətli musiqi yayımını tətbiq etmək üçün şirkətimizə müraciət edə bilərsiz. Layihəçilərimiz tərəfindən Sizin obyektə özəl səs hesabatı və ona uyğun layihə hazırlandıqdan sonra, ən uyğun avadanlıqlar vasitəsi ilə sistem təchiz olunacaqdır və Siz keyfiyyətli musiqi dinləməkdən zövq alacaqsız. Qeyd edək ki, bu sistemlər sayəsində Siz mobil telefonunuzdan rahatlıqla istədiyiniz musiqini və ya radio kanallarını dinləyə bilərsiz.

Əlavə olaraq, müasir zamanda ən çox istifadə olunan sistemlərdən biri də fövqəladə hallar zamanı tətbiq olunan avtomatik və ya manual anons sistemləridir. Digər təhlühəsizlik detektorları ilə sinxron çalışan bu sistemlər vasitəsi ilə ərazidəki insanları pilləli olaraq, təlaş yaratmayacaq şəkildə təhlükəsiz yerlərə istiqamətləndirmək mümkündür.

bakusmartfuture bakusmartfuture



Copyright © 2016 Baku Smart Future. Bütün hüquqlar qorunur