• + 994 50 402 3540

  • support@bakusmartfuture.com

  • Caspian Sport Plaza
    Bakı şəhəri, Heydər Əliyev pr.187B, AZ1029

Energetika


Yüksək təhsilli və təcrübəli mühəndislərimizlə Sizə energetika sahəsinin hər bir qolunda xidmət göstərməkdəyik. İstər yüksəkmərtəbəli yaşayış kompleksləri, ofislər, istirahət mərkəzləri, istərsə də şəxsi villalar və mənzillərdə elektrik layihələrinin AutoCAD proqramı vasitəsilə hazırlanması, keyfiyyətli montaj işlərinin görülməsi, elektrik lövhələrinin yığılması və hər növ elektrik avadanlıqlarının quraşdırılması gördüyümüz işlər sırasındadır. Etibarlı işləmə, minimal xərclər və enerjiyə qənaət prinsiplərini əsas götürən şirkətimiz Sizin proyektlərinizi ən uyğun şəkildə tamamlamağa hər zaman hazırdır.

1. Elektrik layihələrinin hazırlanması
İstənilən obyektin elektrik işlərinin təşkili üçün ilkin tələb elektrik layihələrinin düzgün şəkildə hazırlanmasıdır. Şirkətimizin layihəçiləri professional şəkildə hazırlanmış, yerli və IEC (International Electrotechnical Commission) standartlarına uyğun, elektrik kabelləşmə topologiyaları, elektrik lövhələri, torpaqlama sistemi, bağlantı və montaj detalları, işıqlanma hesabatları, kabel jurnalı və digər tələb olunacaq layihələr ilə Sizi təmin edəcəkdir.

bakusmartfuture bakusmartfuture



2. Elektrik montaj işləri
Elektrik sisteminin təşkilində önəmli nöqtələrdən biri kabelləşmə topologiyasının və kabel montajının düzgün yerinə yetirilməsidir. Bunun üçün texniklərimiz proyektə uyğun olaraq ən qısa zamanda və səliqəli şəkildə elektrik tavalarının yığılması, boruların çəkilməsi və kabelləşmə işlərini yerinə yetirir.

bakusmartfuture bakusmartfuture



3. Elektrik lövhələrinin yığılması
İstənilən elektrik proseslərində ən əhəmiyyətli nöqtələrdən biri də elektrik lövhələrinin daxili strukturunun doğru şəkildə montaj olunmasıdır. Bütün elektrik sistemlərinin idarəsi elektrik lövhələrində avadanlıqların müvafiq şəkildə quraşdırılması ilə əldə edilir. Mühəndislərimiz istənilən mürəkkəblikdə olan sistemlərin idarəsini həyata keçirməkdədir. Elektrik lövhələrinin düzgün yığılmasının nə qədər vacib olduğunu vurğulayan ən önəmli aspekt isə istehlakçının təhlükəsizliyinin təminatıdır. Təcrübəli mühəndislərimiz düzgün hesablamaların aparılmasına və etibarlı elektrik avadanlıqlarının quraşdırılmasına nəzarət edərək Sizin təhlükəsizliyinizi tam şəkildə təmin edəcəkdir.

bakusmartfuture bakusmartfuture



4. Elektrik avadanlıqlarının quraşdırılması, test işləri və tam təhvil
Yuxarıda sadalanan işlər yekunlaşdıqdan sonra elektrik avadanlıqları müvafiq şəkildə qoşulur, testetmə işləri aparılır və istehlakçının məmnuniyyətinə tam əmin olduqdan sonra işlək şəkildə təhvil verilir. İş tam təhvil verildikdən sonra belə biz özümüzü məsuliyyətdən azad etmirik və istehlakçıya müvafiq müddətli zəmanətlər verilir.

bakusmartfuture bakusmartfuture



Copyright © 2016 Baku Smart Future. Bütün hüquqlar qorunur