• + 994 50 402 3540

  • support@bakusmartfuture.com

  • Caspian Sport Plaza
    Bakı şəhəri, Heydər Əliyev pr.187B, AZ1029

Biz kimik?


Biz 2016-ci ildə Elektrik və Elektronika sahəsinin 4 böyük qolunu bir araya gətirmək məqsədi ilə yaranmış və Baku Smart Future MMC adı altında fəaliyyət göstərən şirkətik. Fəaliyyət sahələrimiz:

Energetika
Ağıllı Ev Sistemləri
İT & Mühafizə Sistemləri
Yüksək Gərginlik Sistemləri


Baku Smart Future Şirkəti yarandığı gündən etibarən kreativ düşüncəli yaradıcı heyəti ilə müştəri etimadını qazanmağa və şirkət prinsiplərinə əsaslanaraq sağlam mühitin formalaşmasına çalışır. Şirkətimizin ən böyük üstünlüyü göstərilən sahələrin hər biri üzrə mütəxəssisləşmiş mühəndislərin bir arada, koordinasiyali və mərkəzləşdirilmiş şəkildə toplanmasıdır. Müştərilərimiz istər kiçikmiqyaslı, istərsə də böyükmiqyaslı elektrik işləri üçün şirkətimizdən yararlana bilərlər. İşiniz Sizə tam təhvil verildikdən sonra belə biz özümüzü məsuliyyətdən azad etmirik və istehlakçıya müvafiq zəmanətlər verilir.

Missiyamız innovativ texnologiyadan istifadə edərək keyfiyyətli və eyni zamanda sürətli iş, minimal qiymət və ən önəmlisi müştərilərimizin məmnuniyyətini təmin etməkdir.

Məqsədimiz Elektrik və Elektronika sahəsinin 4 böyük qolunu bir araya gətirməklə başlatdığımız bir ilki doğrultmaq və bir Azərbaycan şirkəti olaraq dünya miqyasında öndə gedən şirkətlər sırasında yer almaqdır.

Copyright © 2016 Baku Smart Future. Bütün hüquqlar qorunur